Alüminium qabların ziyanı - Alzeymer xəstəliyi

Alüminium qabların ziyanı - Alzeymer xəstəliyi

Araşdırmalar göstərib ki, alüminiumla Alzeymer xəstəliyi arasında əlaqə var
 
Son araşdırmalar göstərib ki, alüminiumdan hazırlanmış qablar çox ziyanlıdır. Ekspertlərin fikrinə görə, bu qablar insanların, xüsusilə uşaqların sağlamlığına ciddi ziyan vura bilər.
 
Belə ki, araşdırmalar göstərib ki, alüminium qablar İQ səviyyəsinin düşməsinə və ürək-damar sistemində pozulmaların inkişafına səbəb ola bilər.
Bundan əvvəlki araşdırmalar göstərib ki, alüminiumla Alzeymer xəstəliyi arasında əlaqə var.
 
"Zee News" xəbər verir ki, ABŞ alimləri 10 müxtəlif ölkədə istehal olunmuş alüminium qabların tərkibini yoxladıqdan sonra belə nəticəyə gəliblər ki, bu növ qablarda bişirilmiş qidaya alüminiumdan əlavə digər toksiki maddalər keçir və sonra insan orqanizminə daxil olur. Orqanizmdə toplanaraq bu maddələr müxtəlif pozulmalara səbəb olur.
 
Alimlər alüminium qablarından imtina etməyi, daha ekoloji qablara (poladdan, şüşədən və s. hazırlanmış) üstünlük verməyi tövsiyə edirlər. (saglamolun.az) /

Google+ WhatsApp ok.ru