İşğal olunmuş ərazilərdə 2020-ci ilədək fələstinlilərin sayı yəhudilərdən daha çox olacaq

Fələstinin tarixi torpaqlarlarında (Qərb sahili,Şərqi Qüds, Qəzza zolağı və işğal olunmuş ərazilər)  2020-ci ilin sonunadək yaşayan fələstinlilərin sayı sionist yəhudilərin sayından daha çox olacaq.Bu açıqlamanı Fələstin Statistika Mərkəzi verib.  
Maide.az xəbər verir ki, Fələstin Statistika Mərkəzinin 2015-ciilin sonunadək Fələstinin tarixi torpaqlarında aparılmış cəmiyyətin demoqrafik strukturuna dair araşdırma göstərir ki, hazırda 6.22 milyon nəfər fələstinli və 6.32 milyon nəfər sionist yəhudi bu torpaqlarda yaşayır. 
Məlumata əsasən, 2017-ci ilin ortalarına kimi, fələstinlilər və sionist yəhudilərin cəmiyyətinin sayı bərabərləşəcək və 2020-ci ildə fələstinlilərin sayı  yəhudi sionistlərə nisbətən daha çox olacaq. Belə ki, 2020-ci ildə Fələstinin tarixi torpaqlarında fələstinlilərin sayının 7.13 milyon nəfər və sionist yəhudilərin sayı isə  6.96 milyon nəfər təşkil edəcək. /
 
 

Google+ WhatsApp ok.ru