İşğal olunmuş Fələstində yaşayan ərəblər aksiya keçirib

İşğal olunmuş Fələstində yaşayan ərəblər aksiya keçirib

İşğal olunmuş Fələstində yaşayan ərəblər Qüdsdə azanın qadağan olunmasının əleyhinə etiraz aksiyası keçirib. 
 
Maide.Az xəbər verir ki, işğal olunmuş Fələstində yaşayan onlarla ərəb Qüdsdəki məscidlərdə azanın verilməsinin qadağan olunmasının əleyhinə ötən gün Ummulfəhm şəhərində aksiya keçirib.
 
Etirazçılar həmçinin sionist rejim həbsxanalarında saxlanılan fələstinli əsirlər, xüsusən 1948-ci ildə işğal olunmuş ərazilərdə islami hərəkatın sədri Şeyx Raid Səlahla həmrəylik göstərib və onların sərbəst buraxılmasını tələb ediblər. 
 
Aksiyaçılar ötən bazar günü həbsxananın pis şəraitinə etiraz olaraq, aclıq elan etmiş Şeyx Raid Səlahın şəkillərini əllərinə daşıyaraq "Əsirlər azad edilsinlər!", "Azanın verilməsinin qadağan olunması qanunu heç vaxt icra olunmayacaq!" və "Məscidlərin minarələri heç vaxt susmayacaq!" kimi şüarlar səsləndiriblər. 
 
Həmçinin "Demokratiya Naminə" adlı yəhudi müəssisəsi də Fələstin məscidlərində azanın verilməsinin qadağan edilməsi layihəsinə qarşı çıxıb və  bu layihənin icrası ilədin və ibadət azadlıqları pozulur. (anadolu)
 

Google+ WhatsApp ok.ru