İşğal olunmuş Fələstin torpaqlarında Netanyahu-Hantz koalisiyasına qarşı etiraz

İşğal olunmuş Fələstin torpaqlarında Netanyahu-Hantz koalisiyasına qarşı etiraz

 

İsrail rejiminin  işğal olunmuş  Qərbi Qüdsdəki Baş nazirlik binası qarşısında toplaşan bir qrup fəal baş nazir Binyamin Netanyahu və Mavi-Ağ Alyans lideri Benny Hantz ilə birgə qurulan koalisiya hökumətinə etiraz edib.
 
Maide.Az xəbər verir ki, etiraz Knessetdə koalisiya hökumətinə etimad səsverməsindən dərhal sonra baş tutub.
 
Aksiya iştirakçıları Hantzın koalisiyanı qəbul etməməsi şüarları səsləndirərək, Netanyahunun ona qarşı korrupsiya ittihamlarına görə hökuməti idarə etməməli olduqlarını bildiriblər.
 
Eyni bölgədə toplaşan başqa bir qrup isə koalisiyaya dəstək aksiyası keçirib və qruplar arasında gərginlik yaşanıb.

 

Google+ WhatsApp ok.ru