Alparslan Kuytul azadlığa çıxdıqdan bir gün sonra yenidən həbs edildi

Alparslan Kuytul azadlığa çıxdıqdan bir gün sonra yenidən həbs edildi


1 ildir həbsdə olan və 2 gün öncə azadlığa buraxılan Alparslan Kuytul yenidən həbs edilib.

Maide.Az xarici KIV-ə istinadən xəbər verir ki,
Alparslan Kuytul və Furqan Fondunun sədri Əli Alagöz məhkəmə prosesi prokurorunun etirazı ilə yenidən həbs olunaraq həbsxanaya göndərilib.

Bildirilir ki,  Alparslan Kuytul qohumları ilə söhbət etdiyi bir zamanda yanvarın 25-də  gecə Türkiyə saatı ilə 23:30 radələrində evinə edilən basqın nəticəsində polisə aparılıb.

Evə basqın edən polis dəstələri evdəki uşaq və qonaqları çölə çıxartdıqdan sonra evdə axtarış aparıb.

Adana Respublika Baş Prokurorluğu adına məhkəmə prosesi prokurorunun təxliyə qərarına dair Adana 5-ci Ağır Cəza Məhkəməsinin etirazı üzərinə, məhkəmə Alparslan Kuytul və Əli Alagözün yenidən həbs olunmasına qərar verib.

Qeyd edək ki, yanvarın 25-də Adana 4-cü Ağır Cəza Məhkəməsində baxılan məhkəmə iclasının üçüncü gün iclasında 1 ildir həbsdə olan Alparslan Kuytul və "Furqan" Fondunun sədri Əli Alagöz haqqında təxliyə qərarı verilmişdi.

Google+ WhatsApp ok.ru