İşğalçı rejim döyüş cinayətlərindən bəraət almaq istəyir

Maide.az xəbər verir ki, işğalçı İsrail rejimi hərbi baş prokuroru Danny Efroninin 51 gün davam edən Qəzza hücumlarındakı 8 ayrı hadisə üçün istintaq təlimatı verdiyi bildirilir.
 
Açıqlamada istintaq aparılacaq mövzular haqqında hələ məlumat verilməyib.
 
Fələstin və beynəlxalq insan haqları təşkilatları İsrail ordusunun son Qəzza hücumunda insanlıq cinayəti işlədiyini sübut edib.
 
İşğalçı rejim illərdir mühasirə altında saxladığı Qəzzaya 7 iyulda hücuma başlayıb. 26 avqustda əldə edilən atəşkəslə hücumlara son verib. İsrailin 51 gün davam edən hücumlarında 2 min 159 nəfər şəhid olmuş, 11 mindən çox insan yaralanmışdı. Hücumlarda 17 min 200 ev, 73 məscid və 24 məktəb tamamilə dağıdılmış, minlərlə bina ziyan görmüşdü.

Google+ WhatsApp ok.ru