İşğalçı rejimin Haşaron zindanında Fələstinli məhbus qadınlara əziyyət verilir 01 Noyabr 2018 13:49 Fələstin İşğalçı İsrail rejiminin Haşaron həbsxanasında müsəlman qadın məhbuslara qarşı təzyiqlər davam etdirilir. Maide.Az "Felestin.info"a istinadla xəbər verir ki, sionist İsrail Penitensiar Xidməti həbsxana koridorlarına kamera yerləşdirilməsinə etiraz edən müsəlman qadınlara etirazlarına son qoymaları üçün müxtəlif üsullarla təzyiq göstərir. Fələstinin Məhbuslar və Keçmiş Məhbuslarla İş üzrə Komitəsinin bildirdiyinə görə, Haşarondakı məhbus qadınlara təcrid edilmə, başqa həbsxanaya köçürülmə, ziyarətlərə son qoyulma kimi təhdidlər göstərilir. Qadınlar isə həbsxana zallarına kamera yerləşdirildiyi üçün hicabsız gəzə bilmədikləri və şəxsi həyat hüquqlarının pozulduğunu bildirirlər və buna etiraz olaraq həbsxana həyətinə çıxmaqdan imtina edirlər. Artıq mütəmadi olaraq qapalı şəraitdə qaldıqlarına görə, bəzi məhbusların səhhətində ciddi problemlər əmələ gəlib. Fələstin Komitəsi məhbusları dəstəkləmək üçün kütləvi aksiyalara çağırış edib, beynəlxalq insan hüquqları təşkilatlarına müraciət ünvanlayaraq işğalçı İsrail rejiminin məhbuslara qarşı cəza metodlarına son qoyulmasını tələb ediblər. Bildirək ki, işğalçı rejimin həbsxana rəhbərliyi müsəlman qadın məhbuslara əziyyət vermək üçün onların hücrələrinin elektrik enerjisini saatlarla kəsir, onları isti sudan məhrum edir, ailələrinin gətirdiyi sovqat və maddi yardımlarını qadağan edir. Teqlər : #İşğalçı,#rejimin,#Haşaron,#zindanında,#Fələstinli,#məhbus,#qadınlara,#əziyyət,#verilir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İşğalçı İsrail rejimi ilə mübarizədə fələstinli qadınlar FOTOLARDA Trampın Qüdslə bağlı qərarından sonra indiyədək 316 fələstinli şəhid olub
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar