İşğalçı rejim ordusu Fələstin kəndinə qoşun yeridib, xeyli insan yaralanıb

İşğalçı rejim ordusu Fələstin kəndinə qoşun yeridib, xeyli insan yaralanıb

İşğalçı İsrail rejim qüvvələri dünən gecə saatlarında Fələstinin Rəmallah şəhəri yaxınlığındakı Deyr Əbu Məşəl kəndinə basqın ediblər.
 
Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, işğalçı ordu qüvvələri burada işğal əleyhinə aksiya keçirən fələstinlilərə hücum edib, onlarla insan yaralanıb.
 
Rəmallahdakı media mənbələrinin bildirdiyinə görə, İsrail əsgərləri etirazçılara və ətrafdakı evlərə tərəf çoxlu gözyaşardıcı qaz bombaları atıblar. Çoxlu sayda insan kimyəvi qazdan zəhərlənib.
 
Bundan başqa, işğalçı əsgərlər etirazçı gənclərə tərəf rezin örtüklü metal güllələrlə atəş açıblar, səs bombalarından istifadə ediblər. Fələstinli etirazçılar isə işğalçı ordunun hərbi texnikalarına daş atıblar.
 
İsrail rejim ordu komandanlığı bildirib ki, məntəqədə israilli miqrantlara daş atıldığı üçün əraziyə qoşun yeridilib.
 
Bildirək ki, Fələstin torpaqlarında məksunlaşdırılmış yəhudi miqrantlar demək olar hər gün yerli sakinlərə daşlarla hücum insidentləri törədirlər, fələstinlilərə məxsus əmlaka və avtomobillərə hücumlar edərək ziyan vururlar, divarlara İslam dininə və müsəlmanlara qarşı təhqiramiz ifadələr yazırlar. Bəzi daşqalaq hücumlarında fələstinlilər tərəfdən ölənlər də olur. Lakin bu cür zorakılıqların demək olar ki, heç biri araşdırılmır və miqrant israillilər üçün cəzasızlıq mühiti hökm sürür. Oxşar hərəkətlər fələstinlilər tərəfindən törədildikdə isə İsrail ordusu xüsusi əməliyyat keçirir, insidentin baş verdiyi əraziyə qoşun yeridilir və sakinlərə qarşı kollektiv cəzalandırma metodu tətbiq edilir.
 

Google+ WhatsApp ok.ru