İşğalçı Səudiyyə koalisiyası Yəmənin 15 neft tankerinə əl qoyub

İşğalçı Səudiyyə koalisiyası Yəmənin 15 neft tankerinə əl qoyub

Yəməndə yanacaq böhranı ilə bağlı xəbərdarlıq

Yəmən Neft Şirkəti işğalçı Səudiyyə koalisiyası tərəfindən 15 neft tankerinin ələ keçirildiyini və hələdə sərbəst buraxmadığını bildirib.  
 
Maide.Az xəbər verir ki,  200  gündən çoxdur ki,  həmin neft tankerlərində 325 min ton benzin və dizel işğalçı koalisiya qüvvələri tərəfindən saxlanılır. 
 
Tankerlər BMT-nin rəsmiləşdirilməsi və icazəsinə baxmayaraq Səudiyyə koalisiyası tərəfindən Yəmənə buraxılmır. 
 
Yəmən Neft Şirkəti tankerlərin saxlanılmasının ölkədə yanacaq böhranına səbəb olduğunu və mövcud vəziyyətdə Yəmən vətəndaşlarına daha çox ziyan vurduğunu açıqlayıb. 
 
Bundan əvvəl Yəmən Neft Şirkəti verdiyi açıqlamada Səudiyyə Ərəbistanının tankerlərin Əl-Hudeydə limanına girməsinin qarşısını almağa davam edərsə, Yəmən xalqına zəruri xidmətlər göstərməyəcəyini və ölkənin başqa bir fəlakətlə qarşılaşacağı barədə xəbərdarlıq etmişdi. 
 
Xatırladaq ki, 2015-ci ildən bu günə kimi Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəmənə təcavüz edir. Hərbi təcavüz nəticəsində on minlərlə insan həyatını itirib, milyonlarla insan xəstəliyə məhkum olub və məcburi köçkün vəziyyətinə düşüb.
 
Səudiyyə və tərəfdaşları dəniz və havadan blokada şəraitində olan Yəmənə zəruri ərzaq və tibbi ləvazimatın daxil olmasına mane olur.
 
Hazırda blokada nəticəsində milyonlarla yəmənli ağır şərtlər altında yaşamağa məcburdur. Buna baxmayaraq, yəmənlilər döyüş meydanında təcavüzkarlara qarşı mübarizəni davam etdirirlər. 
 

Google+ WhatsApp ok.ru