İşğalçı İsrail əsgərləri Fələstin Əl-Yəvm televiziya kanalının ofisinə hücum edib

İsrailin daxili kəşfiyyat idarəsi olan "Şin Bət" gecə saatlarında "Palestine Today" telekanalının Ramallahdakı ofisinə basqın təşkil edib. Maide.az xəbər verir ki, İsrail rejiminin rəsmiləri telekanalın Filistinliləri qızışdırdığı və bu səbəbdən də belə bir basqın təşkil etdiklərini açıqlayıb.
 
Məsələ ilə bağlı açıqlama verən "Şin Bət" rəsmiləri kanalın bəzi rəhbərlərinin də həbs olunduğunu bildirib. "Şin Bət"in yüksək çinli bir rəsmisi "Kanal İsrail vətəndaşlarına qarşı terror çağırışı edir. Bütün xalqı təhrik edir. Qərbi İordandakı Fələstin əhalisini qızışdırmaq üçün İslamdan vasitə kimi istifadə edir" söyləyib.
 
Digər tərəfdən, "Palestine Today" rəhbərlərindən olan Faruk Aliat, fotoqraf Məhəmməd Amru, texniki mühəndis Şəbib Şəbib və digər bir neçə nəfəri həbs ediblər. Bir ordu sözçüsü texniki avadanlıq və ötürücülərin də müsadirə edildiyini söyləyib.
 
Keçdiyimiz günlərdə İsrail rejiminin polisi "Vaşinqton Post"un Qüds nümayəndəsi Uilyam Booth və qəzetin Qərbi İordan müxbiri Sufyan Tahanı da həbs etmişdi.
 
Fələstin Jurnalistlər Birliyi işğalçı İsrail rejimi hərbiçilərinin bu hücumunu tənqid edib və rejimin Fələstin mətbuatının haqq yazıları və proqramlarının qarşısında aciz qaldığının göstəricisidir. 

Google+ WhatsApp ok.ru