İşğalçı İsrail fələstinlilərin kameralarını özlərinə qarşı istifadə edir

İşğalçı İsrail fələstinlilərin kameralarını özlərinə qarşı istifadə edir

-- fələstinlilər sosial mediada iş sahiblərinə çağırış edib görüntülərin silinməsini istəyib..

Sionist İsrail rejim  hərbiçiləri Cənin şəhərində yəhudini öldürən fələstinlini  yaxalamaq üçün iş yerlərindəki təhlükəsizlik kameralarının yaddaş kartlarını ələ keçirib.
 
Maide.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, bundan sonra fələstinlilər sosial mediada iş sahiblərinə çağırış edərək görüntülərin işğalçı sionist İsrail rejim hərbiçilərinin əlinə keçməməsi üçün kameraların götürülməsini və yaddaşını silmələrini istəyib.
 
Sakinlərin verdiyi məlumata görə, hərbiçilər bu bəhanə ilə çox sayda evə basqın edib.
 
Qeyd edək ki, İsrail rejimi fələstinliləri daim təzyiqdə saxlamaq üçün müxtəlif yollarla onları günahlandırır və sərt tədbirlər görür.

Google+ WhatsApp ok.ru