İşğalçı İsrail hərbiçiləri həbsxanya hücum etdi,onlarla fələstinli məhbus yaralandı

İşğalçı İsrail hərbiçiləri  Nafahe həbsxanasında 14 –cü  bölümə (bənd) hücum edib,onlarla  fələstinli  yaralanıb. 
 
Maide.az xəbər verir ki, Fələstinli məhbus və hərbi əsirlərin işi üzrə komissiyanın sədri İsa Qaraqa elan edib ki,  14-cü bölümə  çox sayda hərbiçi  hücum edib. “Hücum zamanı hərbiçilər fələstinli məhbusları  güclü döyüblər və onlara qarşı  bibər qazı istifadə ediblər. Hücumda yaralanan  fələstinlilər Siruka xəstəxanasında köçürülüblər.”
 
Fələstinli məhbus və hərbi əsirlərin işi üzrə komissiya İsrail rejimi və Nafahe  həbsxana rəsmilərinin məhbusların həyatını qorumaq üçün məsuliyyət daşıdıqlarını bildirib, beynəlxalq təşkilatlar və insan haqları təşkilatlarını məhbusların vəziyyətini öyrənmək üçün bu həbsxanaya baş çəkməyə çağırıb. 
 
Beynəlxalq KİV-lərin məlumatına görə, hazırda işğalçı İsrail rejiminin 17 həbsxanasında 7 mindən çox fələstinli  həbsdədir ki, onların 700 –dən çoxu mühakimə olunmadan  həbsxanada saxlanılır.
 
 

Google+ WhatsApp ok.ru