İşğalçı İsrail hərbiçilərinin öldürdüyü 15 yaşlı gəncin möhtəşəm dəfn mərasimi

İşğalçı İsrail hərbiçilərinin öldürdüyü 15 yaşlı gəncin möhtəşəm dəfn mərasimi

Dünən bir neçə min fələstinli vəhşi İsrail hərbçiləri tərəfindən güllələnmiş 15 yaşlı oğlanın dəfnində iştirak ediblər.
 
Maide.Az xəbər verir ki, vəhşi sionist hərbiçiləri hər zaman olduğu kimi, bu dəfə də öz xislətlərini biruzə veriblər.
 
Sionistlər tərəfindən öldürülən Mahmud Rafata Badrana parkdan evə qayıdarkən İsrail hərbiçiləri tərəfindən atəşə məruz qalıb. Atəş nəticəsində Mahmud dünyasını dəyişib, onunla birgə olan yetkinlik yaşına çatmayan 4 əmisi oğlu isə yaralanıb, -deyə Al Arabiyyə bildirir.
 
İsrail hərbçiləri öz növbəsində bildiriblər ki, Mahmudun ölümü səhv nəticəsində baş verib. 
 
"Bu, səhv deyil, onlar bu qətilə görə cavab verməlidilər, ədalət öz yerini tutmalıdır.",-deyə Mahmudun anası Amal Badran bildirib. 
 
 Fələstin nümayəndəsi Saib İriqat hadisəni sərt şəkildə tənqid edərək, bu hadisənin heç bir səhv nəticəsində baş vermədiyini bildirib.
 
Qeyd edək ki, bu cür hadisə birinci dəfə deyil ki, Fələstinli gənclərin başına gəlir. Davamlı olaraq, İşğalçı İsrail ordusu fələstinliləri öldürərək, səhv ucbatından baş verdiyini bildirirlər. /

Google+ WhatsApp ok.ru