İşağlçı İsrail  hərbiçiləri  fələstinlilərə rezin güllə və gözyaşardıcı qazla hücum edib, 193 nəfər yaralanıb - FOTO/VİDEO - YENİLƏNİB

İşağlçı İsrail hərbiçiləri fələstinlilərə rezin güllə və gözyaşardıcı qazla hücum edib, 193 nəfər yaralanıb - FOTO/VİDEO - YENİLƏNİB

Fələstin Qırmızı Aypara Cəmiyyəti elan edib ki, indiyədək  işğalçı rejimin hücumları nəticəsində ən az 193 fələstinli yaralanıb. Yaralıların sayının artacağı ehtimal olunur. 
İşğalçı rejim Əqsa məscidinin ətrafında namaz qılmaq istəyən fələstinliləri dağıtmaq  üçün səs bombası, gözyaşardıcı qaz və  rezin güllərdən istifadə edir. 
 
***
 
Sionist İsrail rejim hərbiçiləri bu gün cümə namazı qılmaq üçün Əqsa məscidinin önünə toplaşmış fələstinlilərə rezin güllə və gözyaşardıcı qazla hücum edib. 
 
Maide.Az xəbər verir ki, Fələstin KİV-lərinin məlumatına görə, işğal olunmuş Qüdsdə sionist rejim tərəfindən təhlükəsizlik tədbirlərinin artırılmasına baxmayaraq minlərlə fələstinli bu gün özünü Əqsa məscidinin ətrafına çatdırıb və cümə namazında iştirak etməyə çalışıb.   
 
İşğalçı rejim əsgərləri bu gün səhər tezdən Əqsa məscidi qarşısına toplaşmaq istəyən fələstinlilərə qarşı güc tətbiq edib. Belə ki, işğalçı rejim əsgərləri cümə namazı üçün səhər tezdən məscidin ətrafında toplaşmağa çalışan fələstinliləri dağıtmaq üçün rezin güllə və gözyaşardıcı qazla hücum edib. Çox sayda fələstinli yaralanıb.   Sionist rejim əsgərləri insanları dağıtmaq üçün səs bombalarından da istifadə edib.  
 
Fələstin Qırmızı Aypara Cəmiyyəti rezin güllə ilə 7 fələstininin yaralandığını və xəstəxanaya çatdırıldığını bildirib. Qüdsün Səlahəddin küçəsində də daha 4 nəfərin rezin güllə yarası aldığı bildirilir. İşğalçı rejim əsgərləri açdığı atəş nəticəsində fələstinlilərdən biri gözündən yaralalıb. 
 
Sionist rejim bu gün səhərdən Qüdsdə və Əqsa məscidi ətrafında məhdudiyyətlər tətbiq etməyə başlayıb. Belə ki, 50 yaşdan aşağı insanların Əqsa məscidinə yaxınlaşmağı qadağan edilib. Çox sayda polis və təhlükəsizlik qüvvəsi Qüdsdə yerləşdirilib və Qüds bağlı hərbi zona elan edilib. (alalam)
 
 
 
 
 

Google+ WhatsApp ok.ru