İşğalçı İsrailin AZAN qadağasına etiraz olaraq hakerlər bu rejimin iki televiziya kanalından azan səsləndirdi

İşğalçı İsrailin AZAN qadağasına etiraz olaraq hakerlər bu rejimin iki televiziya kanalından azan səsləndirdi

Naməlum hakerlər Qüdsdə işğalçı İsrailin AZAN qadağasına etiraz olaraq bu rejimin iki televiziya kanalında verlişi dayandırıb, azan yayımladılar. 
 
Maide.Az xəbər verir ki, hakerlər sionist rejim 2-ci və 10-cu kanallarına hücum ediblər.  Hakerlərin hücumu nəticəsində rejimin ikinci kanalında saat 21:00 xəbərlər buraxılışının yayımı dayandırlıb və azan səsləndirilib.  
 
Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, Əl-Cəlil və işğal olunmuş Fələstin bölgələrində azanın sionist rejim televiziyasından yayımlanmasını müşahidə ediblər. 
 
Sionist rejimin 10-cu kanalı da bu kanalın 17 dəqiqə müddətində haker hücumuna məruz qaldığını təsidqləyib. 
 
Qeyd edək ki, bir müddət öncə İşğalçı İsrail rejiminin “səs çirkliliyi” yaradır bəhanəsiylə azanın qadağan edilməsinə etiraz olaraq fələstinli müsəlmanlar evlərinin damından azan oxuyan əsnada, Fələstin xristianları ilk dəfə belə bir etiraza dəstək verərək kilsədən azan səsləndirmişdilər. 
 

Google+ WhatsApp ok.ru