İşğalçı İsrail minlərlə fələstinli uşağa işgəncə verir- foto

Sionist rejim Qərbi İordaniya və Qəzza başda olmaqla fələstinlilərə qarşı həbslərini davam etdirir

İllərdir təzyiqini davam etdirən Sionist rejim, Qərbi İordaniya və Qəzza başda olmaqla fələstinlilərə qarşı həbslərini davam etdirir.
 
Sionist rejim 2000-ci ildən bəri Qərbi İordaniyada və Qüdsdə 10 min fələstinli uşağı həbs etdiyi ortaya çıxıb. Həbs edilən uşaqların çoxu Işğalçı İsrail əsgərləri tərəfindən işgəncələrə məruz qalıb və psixoloji travmalar alıblar.
 
 Fələstin Qurtuluş Təşkilatının Əsirlərlə İş Üzrə Qurumunun sədri İsa Karaki verdiyi yazılı açıqlamada sionist rejimin, fələstinli uşaqları həbs edib işgəncələr verərək, BMT-nin qəbul etidyi Uşaq Haqqları Sözləşməsini pozduğunu bildirib.
 
Açıqlamada iyun ayından bəri 3 min fələstinlinin həbs edildiyi vurğulanıb. Həbs edilən uşaqların 95%-inin işgəncələrə məruz qaldığı bildirilən açıqlamada, hazırda 300 fələstinli uşağın İsrail həbsxanalarında həbsdə olduğu qeyd edilib. simsar.az /
 
 
 

Google+ WhatsApp ok.ru