İşğalçı İsrail növbəti dəfə Suriyaya raket zərbələri ilə təcavüz edib

İşğalçı İsrail növbəti dəfə Suriyaya raket zərbələri ilə təcavüz edib

-- Ən-Nusraya dəstək məqsədilə

Sionist rejimi ötən gecə Suriyanın ən-Nirəb hava limanını bir neçə raket zərbəsilə hədəfə alıb.
 
Maide.Az "İslaminSesi.info"a istinadən xəbər verir ki, Hələb əyalətində yerləşən Ən-Nirəb hava limanın şimalında olan bir hərbi mövqe İsrail raketləri ilə hədəfə alınıb. Xəsarətlərin yalnız maddi olduğu deyilir.
 
Qeyd edək ki, Suriya Ordusu son günlərdə naliyyətli əməliyyatlarla İordaniya sərhədində yerləşən Dəra əyalətinin 90 faizini, İordaniya sərhəd zolağının isə bütününün ələ keçirib.
 
İsrailin işğal etdiyi Colan Yüksəklikləri ilə sərhəd zolağında yerləşən Qunaytara əməliyyatına başlayan kimi sionist rejimi  Suriya Ordusunun mövqelərini hədəfə almağı intensivləşdirib.
 

Google+ WhatsApp ok.ru