İşğalçı İsrail ordusu bu gün 18 fələstinlini həbs edib

İşğalçı İsrail ordusu bu gün 18 fələstinlini həbs edib

İşğalçı İsrail rejim qüvvələri bu gün sübh saatlarında Fələstinin İordan çayının qərb sahilinin müxtəlif bölgələrində 18 nəfəri həbs edib.
 
Maide.Az "Felestin.info"a istinadla xəbər verir ki, işğalçı əsgərlər Tubasın Təmmun qəsəbəsinə basqın edərək burada azı üç nəfəri saxlayıblar.
 
Bundan başqa, yaşayış evlərindən birinə soxulan işğalçılar burada da iki gənci həbs ediblər.
 
Yerli mənbələrin bildirdiyinə görə, dörd Fələstin sakini Cenin qaçqın qəsəbəsində, üç nəfər Beytləhmdə, üç nəfər Rəmallahda və bir nəfər əl-Xəlildə oğurlanıb.
 
Bu reydlərlə eyni vaxtda işğalçı ordu qüvvələri Qalqiliyənin Kəfr-Qəddum qəsəbəsinə də basqın ediblər. Evlərdə zorakı axtarış aparan işğalçılar sakinlərə də hücum ediblər, hədə-qorxu gəliblər.
 
Bildirək ki, həbs edilənlərin 16 nəfərinin şəxsiyyəti açıqlanıb.
 

Google+ WhatsApp ok.ru