İşğalçı İsrail ordusu Qəzza zolağı sərhədində təlim keçirir

İşğalçı İsrail ordusu Qəzza zolağı sərhədində təlim keçirir

İsrail işğal ordusu dünən işğal olunmuş Fələstin ərazilərinin cənubunda Qəzza zolağı sərhədində hərbi təlimə başlayıb.

Təlimin məqsədinin cənub qoşunlarının müharibəyə hazırlıqlarının yoxlanılması olduğu bildirilib. İsrail ordusu mətbuat xidmətindən verilən açıqlamada təlim zamanı bölgədə əsgərlərin və texnikanın sıx fəallığının olacağı, Zikim sahili ətrafında partlayış səslərinin eşidiləcəyini qeyd edilib.

Təlimin 2018-ci ildə keçiriləcək təlimlərdən biri olduğunu və əvvəlcədən planlaşdırdığı, məqsədinin işğal ordusunun gözlənilməz proseslərə hazır olmasını təmin etmək olduğu açıqlanıb. İsrail ordusu il ərzində Fələstin və Livana qarşı ssenarilərə görə müxtəlif təlimlər keçirir.

İsrail ordusu fələstinli partizanların Qəzza zolağının şimalındakı Zikim sahilinə dəniz yolu ilə gizlincə sızmasından narahatlıq duyur. /eastnews.org/

Google+ WhatsApp ok.ru