İşğalçı İsrail Qəzzada törətdiyi müharibə cinayətlər haqqında tədqiqatların aparılmasından narahatdır

Sionist İsrail rejimi ABŞ-dan, Qəzzədə baş verən son müharibə ilə bağlı tədqiqatların aparılmasının qarşısını almasını tələb edib.
Maide.az-ın Fələstin Əl-Youm portalına istinadən məlumatına görə, Sionist rejimi baş naziri Benyamin Netanyahu ötən gün ABŞ dövlət katibi Cohn Kerri ilə telefon danışığında rəsmi Vaşinqtonundan istəyib ki, Beynəlxalq  Cinayət Məhkəməsi (Haaqa) tərəfindən Qəzzadə baş verən 50 günlük müharibə ilə bağlı araşdırmaların aparılmasına icazə verməsin.
Haaqa tribunalı bir qədər əvvəl Fələstin rəhbərliyinin şikayəti ilə Sionist rejimin Qəzza zolağında apardığı hərbi əməliyyatlara dair ilkin istintaq araşdırması başladıb.
Netanyahu Fələstinlilərin Haaqaya şikayət etmələrinin absurd bir iş olduğunu bildirib və deyib ki, İsrail Qəzzədə son müharibə ilə bağlı Haaqanın çıxardığı qərarı pisləyir.
Fələstin İslami Müqavimət Hərəkatı (Həmas) ötən gün bildirib ki, Sioinst İsrail rejimin Qəzzədə baş verən 50 günlük müharibədə müxtəlif müharibə cinayətləri barədə minlərlə fakt Haaqaya təqdim etməyə hazırdır.
Sioinist İsrail rejimin Qəzzəyə qarşı törətdiyi 50 günlük müharibədə, iki min 300 fələstinli şəhid və 11 mindən çox fələstinlidə yaralanıblar ki, onların əksəriyyəti uşaqlar və qadınlar olub.
Qeyd edək ki, istintaq çərçivəsində, eyni zamanda, İsrailin Fələstin torpaqlarında tikdiyi evlər  haqqında da araşdırma aparılacaq  /
 

 

Google+ WhatsApp ok.ru