İşağlçı İsrail Qəzzaya  qaz balonları və yanacağın da girişinə qadağa qoydu

İşağlçı İsrail Qəzzaya qaz balonları və yanacağın da girişinə qadağa qoydu

İşğalçı rejimin müdafiə naziri Avigdor Liberman  ikinci göstərişə qədər  Kərəm Əbu  Salim  keçidindən  qaz balonlarının və yanacağın girişinin qadağan olunmasına dair orduya göstəriş veirb. 
 
Maide.Az “Dünya Bülteni”ə istinadən xəbər verir ki, işğalçı rejim  ötən gün  işğal olunmuş ərazilərlə Qəzza zolağı arasında ticarət keçidi olan Kərəm Əbu Salim  keçidini bağlamaqla yanaşı həmdə  bu keçiddən  balon qaz və yanacağın  Qəzza ərazisinə keçirilməsinə də qadağa qoyub. 
 
Bu keçiddən sadəcə dərman girişinə icazə veriləcəyini bildirilən xəbərdə işğalçı rejimin bu addımı Qəzzadan atılan yanan çərpələnglərin dayandırılması istiqamətində görülmüş tədbirlər adlandırılıb. 
 
Qeyd edək ki, ötən gün işğalçı rejim  Kərəm Əbu-Salim keçidini, Misir isə Rəfəh keçidini qəzzalı fələstinlilərin üzünə bağlayıb. Qəzzada 2 milyondan artıq insan bu iki sərhəd keçidindən qidalanır.
Xatırladaq ki, son iki ayda Qəzzadan atılan yanan çərpələnglər İsrailin işğalında olan əkin sahələrində çoxlu yanğınlar törədib və İsrail hökumətini onlarla milyon dollar zərərə salıb.
 
Qeyd edək ki, Qəzza 12 ildir hava quru və sudan İsrailin mühasirəsindədir.
 
 

Google+ WhatsApp ok.ru