İşğalçı İsrail qadağa qoydu: 50 yaşdan aşağı olan fələstinlilər Məscidi Əqsaya buraxılmayacaq

Təcavüzçü sionist rejim Fələstində növbəti qadağanı qüvvəyə mindirdi.
Maide.az xəbər verir ki, işğalçı İsrail rejimi bu axşamdan etibarən 50 yaşdan aşağı olan müsəlmanların Məscidi Əqsaya girişinə qadağa qoyub.
Bildirilib ki, bu qadağa ikinci əmrə qədər qüvvədə olacaq.
Açıqlamada qeyd edilib ki, bu qərar fələstinli gənclərin Məscidi Əqsada İsrail polisləri daş atdığı üçün qüvvəyə minib.
Qeyd edək ki, təcavüzçü İsrail rejiminin əsgərləri Məscidi Əqsaya hücum edərək müsəlmanlara təzyiq edir,  fələstinlilərin orada namaz qılmasına imkan vermirlər. Buna görə, fələstinlilər öz haqlarını qorumaq üçün sionist rejim əsgərləri ilə tez-tez toqquşurlar. Sionistlər silahsız insanlara güllə açmaqdan belə çəkinmir. /

Google+ WhatsApp ok.ru