İşğalçı İsrail qırıcıları Qəzzanı bombaladı 12 Avqust 2020 08:47 Fələstin Sionist İsrail rejim ordusuna məxsus qırıcı təyyarələr Qəzza zolağına zərbələr endirib. Maide.Az “TASS”a istinadən xəbər verir ki, işğalçı rejim Hərbi-Hava Qüvvələri Qəzzada bir neçə bölgəni bombalayıb. İsrail ordusu öz məlumatında iddia edib ki, hava hücumu Qəzzadan işğal olunmuş əraziyə partlayıcı maddələr daşıyan şarların buraxılmasına cavab olaraq həyata keçirilib. İşğalçı rejim hücum zamanı HƏMAS-a məxsus 3 mövqeni bombaladığını bildirib. İsrial rejiminin Qəzzadan partlayıcı maddələr daşıyan şarların buraxılmasına dair iddiasına müqavimət qüvvələri hələlik münasibət bildirməyib. Teqlər : #İşğalçı,#İsrail,#qırıcıları,#Qəzzanı,#bombaladı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İsrail tankları Livan sərhədini pozdu - Foto Sionist rejim bir aya 429 fələstinlini həbs edib
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar