İşğalçı İsrail rejijm qüvvələri 32 fələstinlini yaraladı

İşğalçı İsrail rejijm qüvvələri 32 fələstinlini yaraladı

İsrail dəniz qüvvələrinin Qəzza blokadasının aradan qaldırılması tələbi ilə keçirilən dəniz aksiyasına müdaxiləsində biri jurnalist olmaqla, 32 fələstinli yaralanıb.

Maide.Az "eastnews"a istinadla xəbər verir ki, Qəzza Blokadasını Qırmaq Milli Hərəkatı tərəfindən 12-cisi keçirilən dəniz aksiyasına qatılan çox sayda fələstinli Fələstinin işğal olunmuş əraziləri ilə sərhəddə yerləşən sahil bölgəsində bir araya gəlib.

İsrailin təxminən 12 ildir fasiləsiz quru, dəniz və havadan bölgəyə tətbiq etdiyi blokadaya etiraz etmək və aradan qaldırılması tələbini təkrar etmək üçün təşkil olunan aksiyada qadın və uşaqlar da iştirak edib.

Sahil zonasında toplanan fələstinlilərlə yanaşı, onlarla nümayişçi də 20-dən artıq qayıqla dənizə çıxıb.

Digər tərəfdən, Qəzzadakı Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamaya görə, İsrail dəniz qüvvələri aksiyaya müdaxilə edib.

İsrail əsgərlərinin açdığı atəş nəticəsində 32 fələstinlinin yaralanıb, onlarla insan gözyaşardıcı qazdan təsirlənib.

Müdaxilə zamanı açılan atəş nəticəsində 1 fələstinli jurnalist də ayağından yaralanıb.

Qəzza Blokadasını Qırmaq Milli Hərəkatı tərəfindən 29 maydan bu yana keçirilən dəniz aksiyaları İsrail qüvvələrinin müdaxiləsi ilə nəticələnir. Qəzza zolağında yaşayan 2 milyona yaxın fələstinli İsrailin 2006-cı ildən bu yana davam edən quru, hava və dəniz blokadası səbəbindən çətin şəraitdə həyat mübarizəsi aparır. 

 

 

Google+ WhatsApp ok.ru