İşğalçı İsrail rejim əsgərləri 4 fələstinli gənci öldürüb

Sionist Israil hərbiçiləri ötən axşam  Qərb sahilində fələstinlilərə atəş açıb və onları şəhid edib. 

Maide.az xəbər verir ki, üç fələstinli gənc Əl-Xəlilin şimalında  Buş Etsion bölgəsində işğalçı rejim əsgərləri tərəfindən öldürülüblər. 
Fələstin Qırmızı Aypara Cəmiyyəti elan edib ki, işğalçı rejim əsgərləri təcili tibbi yardım avtomobillərinin hadisə yerinə getməsinə mane olublar. 
İsrail mediası iddia edir ki, guya bu üç gənc rejim əsgərlərinə bıçaqla hücum etmək istəyirmiş. 
Qeyd edək ki, son üç ayda işğalçı İsrail rejimi müxtəlif bəhanələrlə fələstinlilərə qarşı hücumları artırıb. Belə ki, şəhid edilən Fələstinlilərin sayı 180 nəfərdən çoxdur. 
İşğalçı rejim öldürülən fələstinlilərin cənazələrini ailələrinə təhvil vermir və ya gec verir
Digər bir məlumata görə isə, işğalçı rejim əsgərləri daha bir fələstinlini Xevron yaxınlığında öldürülüb. /
 

Google+ WhatsApp ok.ru