İşğalçı İsrail rejim aviasiyası Qəzza zolağına hava zərbələri endirib 19 Fevral 2018 02:00 Fələstin -- 2 nəfər şəhid olub, yaralananlar var Sionist İsrail rejim aviasiyası Qəzza zolağına hava zərbələri endirib. Maide.Az “Dünyabülteni»-nə istinadən xəbər verir ki, işğalçı İsrail rejim aviasiyası bazar günü Qəzza zolağındakı yerüstü infrastruktura zərbə endirib. Məlumata görə, işğalçı rejimin QƏzzaya hücumu nəticəsində 2 fələstinli şəhid olub. Qəzzadakı Səhiyyə Nazirliyi sözçüsü Əşrəf əl-Kudra tərəfindən verilən açıqlamada bildirilir ki, İsrail hərbi təyyarələri və topçu birlikləri tərəfindən edilən hücumlar nəticəsində Rəfah bölgəsində iki 17 yaşlı fələstinli şəhid olub. İşğalçı rejim hərbi təyyarələri səhər saatlarından Qəzaya 7 dəfədən çox hücumlar təşkil edib. Hücumlar zamanı bir neçə nəfərin yaralandığı bildirilir. HƏMAS verdiyi açıqlamada Qəzzaya edilən hücumların arxasında İsrailin məqsədləri olduğunu bildirib. “İsrail ordusunun müqavimət qrupların bəzi mövqelərini və dinc əhalinin yaşadığı bölgələri bomablamaqdan məqsəd gərginlik yaratmaqdır. Buna görə hücumlara görə məsuliyyəti İsrail tərəfi daşıyır”. Açıqlamada bildirilir ki, Fələstin müqaviməti xalqını qorumaq görəvindən çəkinməyəcək. Xalqını və hər hansı bir hücuma qarşı məsuliyyətli davranacaq və layiqli cavabı verəcək. Qeyd edək ki, İsrail ordusu artıq bir neçə gündür Müqavimət qrupları tərəfindən raket atılması bəhanəsilə Qəzzaya davamlı hücumlar təşkil edir. Teqlər : #İşğalçı İsrail rejim aviasiyası Qəzza zolağına hava zərbələri endirib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru BMT sözçüsü Qəzza böhranının səbəblərini açıqladı Mahmud Abbasdan ABŞ və İngiltərəyə sərt tənqid
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar