İyulun 18-də gözlənilən hava şəraiti açıqlanıb

İyulun 18-də gözlənilən hava şəraiti açıqlanıb

İyulun 18-də gözlənilən hava şəraiti açıqlanıb.
 
Maide.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.
 
 Havanın temperaturu gecə 23-26 isti, gündüz 32-37 isti, Bakıda gecə 23-25 isti, gündüz 34-36 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25 isti, gündüz 35-39 isti, dağlarda gecə 13-18 isti, gündüz 23-28 dərəcə isti olacaq.
 
Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 18-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
 

Google+ WhatsApp ok.ru