İşğalçı İsrail rejimi fələstinlilərə pul köçürülməsi əməliyyatını dondurub

İşğalçı Israil rejimi Fələstin hökumətinin aylıq maliyyələşməsi üçün pul köçürməsini dondurub.

 

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bu, Fələstin muxtariyyətinin Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmaq niyyətində olmasından sonra baş verib.

 

Sionist rejiminin Baş naziri Binyamin Netanyahu 125 milyon dollar məbləğində ödəmənin dondurulması barədə qərarı nazirlər ilə məsləhətləşmələrdən sonra verib.

 

Fələstin nümayəndələri işğalçı İsrail rejiminin hərəkətini hərbi cinayət kimi qiymətləndiriblər.

 

Məlum olduğu kimi, ötən gün Fələstinin BMT-dəki nümayəndəliyi Muxtariyyətin Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmasına dair ərizə verib. Məhkəməyə üzvlük Fələstinə cinayətkar İsrail rejiminə qarşı beynəlxalq məhkəmələrdə hərbi cinayətlərlə bağlı iddialar qaldırmağa icazə verəcək./

 

 

Google+ WhatsApp ok.ru