İşğalçı İsrail rejimi `Fələstinlilərin edamı` layihəsini təsdiqləməyə hazırlaşır

 
İşğalçı İsrail rejiminin baş naziri Binyamin Netanyahunun başçılıq etdiyi "Likud" partiyası və sağ yönlü ifratçı "Yəhudi evi" (Yisrael Beteinu) Partiyasının yeni koalisiya hökuməti qurması  ilə "Fələstinlilərin edamı" layihəsinin təsdiqi üçün şərait yaranıb.
 
Maide.Az xəbər verir ki,  sağ yönlü ifratçı "Yəhudi evi" (Yisrael Beteinu) Partiyasına başçılıq edən Aviqdor Liberman  keçirdiyi mətbuat konfransında bildirib ki, əgər əsas istəkləri yerinə yetirilərsə Netanyahu hökuməti ilə koalisiya hökuməti qurmaq üçün ciddi danışıqlara gedəcək.  
 
A.Liberman deyib ki, B.Netanyahu onu  İsrailin hərbi işlər üzrə naziri vəzifəsini tutmağa dəvət edib. "Bu vəzifəni o vaxt qəbul edərəm ki, B. Netanyahu kabineti israillilərə hücum edən fələstinlilərin  edam edilməsi qanununu təsdiq etsin. Bundan başqa təhlükəsizlik siyasətlərində və  mühacirlərin qəbulu kimi məsələlərdə həqiqi dəyişikliklər edilsin. "
 
Məlumata görə,  B. Netanyahu A.Libermanın istəkləri o cümlədən  "Fələstinlilərin edamı" layihəsinin icrası ilə razılaşıb. 
 
Qeyd edək ki, A.Liberman bir müddət öncə Sionist rejim başçıları Fələstin müqavimət hərakatı və Həmasla  Amerikanın "ikinci dünya müharibəsi" zamanı  Yaponiyalılarla davrandığı kimi davranmağa çağırmışdı.
 
Xatırladaq  ki, son bir neçə ayda  işğalçı İsrail rejimi müxtəlif bəhanələrlə fələstinlilərə qarşı hücumları artırıb.  /
 
 

Google+ WhatsApp ok.ru