İşğalçı İsrail rejimi  fələstinlilərə məxsus 5 min evi dağıdıb

İşğalçı İsrail rejimi fələstinlilərə məxsus 5 min evi dağıdıb

-- 9422 fələstinli işğal olunmuş Qüds şəhərindən didərgin düşüb

İğalçı sionist  rejim 1967-ci ildən indiyədək Qüdsdə  fələstinlilərə məxsus 5 mindən çox evi dağıdıb.  
 
Maide.Az  BƏƏ-nin “24” xəbər saytına istinadən xəbər verir ki, Qüdsdə Fələstin Torpaq Araşdırmaları Mərkəzinin (LRC) yayımladığı hesabata əsasən, sionist rejim 2000-ci ildən 2017-ci ilədək  Fələstinin işğal olunmuş ərazisində 1706 evi dağıdıb. 
 
Məlumata görə,fələstinlilərə məxsus evlərin işğalçı rejim tərəfindən dağıdılması nəticəsində  9422 fələstinli işğal olunmuş Qüds şəhərindən didərgin düşüb.  Onlardan 5443-ü uşaqdır. 
 
Hesabatda bildirilir ki, 1948-ci ildə İsrail rejimi qüvvələri Qüdsün ətrafındakı 39 kəndi məhv edib, 198 min fələstinlini didərgin salıb.
 
Sionist rejim həmçinin Qərbi Şəriyə bölgəsində Yalo, Beyt Nuya,  Amuas kəndlərini tamamilə dağıdıb. 
 

 

Google+ WhatsApp ok.ru