İşğalçı İsrail rejimi Məscid-ul Əqsanın yağınlığında hərbi mərkəz tikir

Sionist İsrail rejimi Məscid-ul Əqsanın yaxınlığında Cəbəl-ul Zeytun bölgəsində hərbi təlim mərkəzi tikir. 

Maide.az xəbər verir ki, qədim Qüdsün şimal şərqində yerləşən hərbi təlim mərkəzində qərargah, hərbi komandirlərin ofisləri yerləşdiriləcək. Mərkəzdə 130 hərbi müəllim 400 gənc hərbiçiyə təlim keçəcək. 

Cəbəl-ul Zeytun bölgə ərazisinin müdafiə komitəsinin sədri Mufid Əbu Ğanem deyib ki, bu layihə sionist rejim nazirlər kabineti tərəfindən təsdiqlənib və Fələstin ərazilərinin yəhudiləşdirilməsi layihəsinin bir parçasıdır.

Qeyd edək ki, sionist rejim uzun müddətdir müxtəlif bəhanələrlə Məscid-ul Əqsa və Fələstinin digər bölgələrinin işğalı və yəhudiləşdiirlməsi layihəsi çərçivəsində evləri dağıdır və yeni qəsəbələr salır. /

Google+ WhatsApp ok.ru