İşğalçı İsrail rejimi Məscidül-Əqsanı dağıtmaq və yerində məbəd tikmək isətyir -FOTO

İşğalçı İsrail rejimi Məscidül-Əqsanı dağıtmaq və yerində məbəd tikmək isətyir -FOTO

Fələstin Beynəlxalq Media Mərkəzi işğalçı İsrail televeziyasına istinadən bazar ertəsi yayımladığı məlumatda bildirir ki, işğalçı İsrail rejim qurumları hazırda Məscidül-Əqsanı dağıtmaq və yerində “Süleymanın üçüncü məbədi” adlı yeni məbəd tikməyi planlaşdırır.
 
Maide.Az xəbər verir ki, İsrail rejim qurumları bu layihəni başlamaq üçün rəsmi Tel-Əvivin siyasi qərarını gözləyir.
 
İşğalçı rejim televiziyası iddia edib ki, bu məbədin tikilməsi üçün siyasi və ictimai dəstək var. 
 
Fələstinin “Əl-Ray” xəbər agentliyi də məlumat yayıb ki, işğalçı rejim qurumları artıq  Məscüdül-Əqsanı dağıtmaq və yeni məbədi tikmək üçün texnika və tikinti materialları hazırlayırlar. 
 
Məlumatda tikilməsi planlaşdırılan yeni məbədin tikintisinin 3 ilə başa çatacağı bildirilir. 
 
İşğalçı İsrail rejiminin 2-ci kanalı  şənbə günü veriliş yayımlayıb ki, həmin verlişdə yeni məbədin tikilməsi üçün hazırlıq işlərini görən qadınlar göstərilirdi.
 
"Məscidül-Əqsa" müsəlmanlar üçün müqəddəs yerlərdən biridir. Fələstinlilərin "Məscidül-Əqsa"da namaz qılmasının qadağan olunması, ifratçı yəhudilərin bu məscidə hücumu uzun illərdir işğalçı İsrail rejim əsgərləri və fələstinlilər arasında qarşıdurmaya səbəb olur. 
 
İşğalçı rejim 2004-cü ildə fələstinlilərin etirazına baxmayaraq  qeyri-müsəlmanların "Məscidül-Əqsa"ya girişinə icazə verdi.  Bu addım fələstinli müsəlmanlar üçün bu müqəddəs məscidə hörmətsizlik kimi dəyərləndiridi. İşğalçı rejim o qədər harınlayıb ki, indi də İslam dünyası üçün ən müqəddəs məkanlardan biri olan "Məscidül-Əqsa"nı  dağıtmaq istəyir.  Ümid edirik ki, müsəlmanlar birləşərək bu cinayətin qarşısını alacaq.
 
Aşağıda işğalçı İsrail rejiminin Məscidül-Əqsanı dağıdıb yerində tikmək istədiyi “Süleymanın üçüncü məbədi” adlı məbədin layihə fotosunu təqdim edirik:⁠⁠⁠
 

Google+ WhatsApp ok.ru