İşğalçı İsrail rejiminin Kosmik Agentliyin keçmiş rəhbəri yaralanmasından dörd həftə sonra ölüb

İşğalçı İsrail rejiminin Kosmik Agentliyin keçmiş rəhbəri yaralanmasından dörd həftə sonra ölüb

Dörd həftə öncə baş vermiş son İsrail-Fələstin müharibəsi zamanı Əkka şəhərində baş verən qarşıdurmada otellərin birinin yandırlması zamanı yaralanmış İsrailin Kosmik Agentliyin keçmiş rəhbəri Avi Her-Even ötən gün ölüb. 
 
Maide.Az xəbər verir ki,  işğalçı İsrail rejim  mətbuatı bu gün (7 iyun) səhər rejimin Kosmik Agentliyinin sabiq rəhbəri Avi Her Even  ölümü barədə məlumatı yayıb.
 
Bəzi xəbər mənbələri, Akkadakı Effendi Otelindəki yanğında daha bir neçə nüfuzlu sionist şəxsiyyətinin ağır yaralandığını da söyləyirlər.
 
 
“Cerusalem Post” qəzetinin yazdığına görə, raketin və kosmosun "atası" və qurucusu kimi tanınan 84 yaşlı Her Even, orduda olduğu dövrdə geniş araşdırmalar aparmış və İsrail rejiminin silahlanmasına inkişaf etmiş silahlar əlavə etmişdir.
 
O, 1982-ci ildə sionist rejimin Aerokosmik Sənayesi Təşkilatına qatılmış və Şavit peyk raketini istehsal edən qrupa rəhbərlik etmişdi.
 
Her Even 1960-cı illərdə Neqev çölündəki Dimona nüvə müəssisəsi yaxınlığında Havk müdafiə sisteminə də rəhbərlik etmişdi. O, həmçinin 1995-2004-cü illərdə İsrail rejiminin kosmik agentliyinin rəhbəri olub.
 
 

Google+ WhatsApp ok.ru