İşğalçı İsrail rejimi İordan çayının qərbində 5,400 yeni mənzil tikmək istəyir

İşğalçı İsrail rejimi İordan çayının qərbində 5,400 yeni mənzil tikmək istəyir

Sionist rejim baş naziri Benyamin Netanyahu işğal edilmiş ərazilərdə 5,400 mənzilin salınması ilə bağlı göstəriş verib.
 
Maide.Az "İsrael Hayom”a istinadla xəbər verir ki, cari ayın dördü işğalçı rejimin “Şəhərsalma və Xəritəçəkmə Şurası”nın toplantısı keçiriləcək. Bu toplantının əsas müzakirə obyektlərindən biri İordan çayının qərb sahilində 5,400 mənzilin salınması məsələsidir.
 
Mənbə bildirib ki, işğalçı rejimin baş naziri Benyamin Netanyahu bu şuraya sözügedən 5,400 mənzilin salınması ilə bağlı qərarın təsdiqlənməsi barədə göstərişlər verib.
 
Məlumata görə bu yeni kvartallardan biri Qüdsün cənubunda salınacaq.
 
Qeyd edək ki, İsrail rejimi İordan çayının qərb sahilini 1967-də işğal edib. İsrail bu müddət ərzində bölgədə azı 320 yaşayış massivi salıb.
 

Google+ WhatsApp ok.ru