İşğalçı İsrail rejimi Qəzzaya yenidən hava zərbələri endirib

İşğalçı İsrail rejimi Qəzzaya yenidən hava zərbələri endirib


Dünən axşam saatlarında işğalçı İsrail rejiminə məxsus hərbi aviasiya Qəzza zolağının mərkəzi bölgəsində Deyr əl-Bəla rayonunda hərbi obyektlərə intensiv raket zərbələri endiriblər.

Maide.Az "Felestin.info" -ya istinadla xəbər verir ki, bombardman nəticəsində itki və xəsarət alan olmayıb.

Fələstin İnformasiya Mərkəzinin müxbirinin bildirdiyinə görə, əvvəlcə işğalçı orduya məxsus helikopter Deyr əl-Bəlanın sahilyanı ərazisində HƏMAS-ın hərbi qanadı hesab olunan "əl-Qəssam" briqadasına məxsus hərbi posta iki raket zərbəsi endirib. Bundan bir neçə dəqiqə sonra hərbi təyyarə eyni posta daha dörd raket zərbəsi endirib.

İşğalçı ordunun mətbuat xidməti iddia edib ki, hava zərbələri Qəzzadan İsrailin nəzarətində olan ərazilərə partlayıcı bərkidilmiş hava şarlarının buraxılmasına cavab olub. İsrailin dediyinə görə, bu şarlardan biri yaşayış evlərindən birinə çataraq ziyan vurub.

Qeyd edək ki, işğalçı rejim ötən gün də Qəzzanı bombalamışdı.

Google+ WhatsApp ok.ru