İşğalçı İsrail rejimi Qəzzadakı balıqçılara yenə məhdudiyyət tətbiq etdi

İşğalçı İsrail rejimi Qəzzadakı balıqçılara yenə məhdudiyyət tətbiq etdi

İşğalçı İsrail rejimi  yenə də  mühasirədə saxladığı Qəzza zolağında yaşayan fələstinli balıkqçılar üçün Aralıq dənizində  məhdudlaşdırıcı qərar qəbul edib. 
 
Maide.Az “AA”a istinadla xəbər verir ki, bu barədə Qəzzanın kənd təsərrüfatı birliyinin yanındakı  həmkarlar ittifaqının sədri Zəkəriyə Bəkr  xəbər verib. 
 
O bildirib ki,  fələstinli balıqçılar üçün nəzərdə tutulmuş su ərazisi  15 dəniz milindən 10 dəniz milinə endirib. 
 
Z.Bəkr qeyd  edib ki, bu qərar iyun ayıın 6-dan qüvvəyə minib. 
 
Qeyd edək ki, Fələstin Azadlıq Təşkilatı və işğalçı İsrail rejimi ilə 1993-cü ildə Osloda imzalanmış sazişə əsasən, Qəzzalılar  işğalçı rejimin müdaxiləsi olmadan 20 mil qədər balıq tutma hüququna malikdirlər, lakin işğalçı rejim balıqçıların fəaliyyətini məhdudlaşdırır və bu sazişin tələblərini pozur. 
 
Xatırladaq ki,  2 milyondan artıq əhalisi olan Qəzza zolağı  2006-cı ildən İsrail rejimi tərəfindən mühasirədə saxlanılır.  
 
Qəzza zolağında 4 min nəfər balıqçılıq edərək, 50 min insanın ehtiyacını ödəyir.
 

Google+ WhatsApp ok.ru