İşğalçı İsrail rejimi Qəzza zolağına hücumları davam etdirir

İşğalçı İsrail rejimi Qəzza zolağına hücumları davam etdirir

Sionist rejim  ordusunun qırıcı təyyarəli daha bir dəfə Qəzza zolağını bombalayıb. 
 
Maide.Az  "TASS"a istinadən xəbər verir ki, işğalçı rejim  ordusu öz məlumatında iddia edib ki, Qəzza zolağına hava hücumu zamanı  HƏMAS-ın  mövqelərini bombalayıb. 
 
Məlumata əsasən, zərbələr daha əvvəl Qəzza zolağından İsrail ərazisinə partlayıcı maddələr daşıyan şarların buraxılmasına cavab olaraq həyata keçirilib. 
 
HƏMAS isə yazılı açıqlama yayaraq Qəzza zolağına son günlər edilən hava hücumlarına görə işğalçı İsrail  rejiminin məsuliyyət daşıdığını açıqlayıb. 
 
"İşğalçı rejim rəhbərliyi bu gərginliyin nəticələrinə görə məsuliyyət daşıyır",-deyə öz açıqlamasında deyib. 
 
İslami Cihad Hərəkatının verdiyi yazılı açıqlamada İsrailin Qəzzaya etdiyi hücumlara reaksiya göstərildi.
 
"Fələstin xalqına hücumlarının məsuliyyəti işğalçılar daşıyır.  Bu artan terror qarşısıalınmaz müqavimətlə üzləşəcək. Bütün bunlar İsrail ilə BƏƏ arasında münasibətlərin normallaşması ilə bağlı atdıqları addımla  bir vaxtda baş verir.   İsrailin bu normallaşma mühitindən istifadə etdiyi və Fələstin xalqına təzyiqi artırdığı bildirilib"
 
Qyed edək ki, İşğalçı rejim uzun illərdi  mühasirədə saxladığı Qəzza zolağında dənizdə ov məsafəsinin sıfıra endirilməsi barədə də qərar verib. 

 

Google+ WhatsApp ok.ru