İşğalçı İsrail  rejimi Suriya ərazisinə zərbələr endirdi

İşğalçı İsrail rejimi Suriya ərazisinə zərbələr endirdi

Ötən gün Suriyanın İdlib vilayətində olan gərginlik fonunda işğalçı İsrail rejiminə məxsus hərbi vertolyotlar Suriya ərazisinə zərbələr endirib.

Məlumata əsasən, İsrail rejiminə məxsus hərbi vertolyotlar Colan yüksəklikləri ərazisindən Suriyanın Quneytra vilayəti ərazisinə zərbələr endirirb. 

 Rejim zərbələri “Hizbullah” təşkilatının Suriyadakı mövqelərinə endirdiyini iddia edib.   

Xatırladaq ki, ötən gün İsrail rejiminə məxsus PUA Quneytra vilayətində “Hizbullah” təşkilatının bir üzvünü şəhid edib. /eastnews.org/

Google+ WhatsApp ok.ru