İşğalçı İsrail rejim qırıcıları yenidən Qəzza zolağına zərbələr endirib

İşğalçı İsrail rejim qırıcıları yenidən Qəzza zolağına zərbələr endirib

İşğalçı İsrail rejim Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri Qəzza zolağına hava zərbələri endirib.
 
Maide.Az "Anadolu"ya istinadən xəbər verir ki, işğalçı rejim iddia edib ki,hava zərbələri bir qədər avvəl Qəzza zolağından Fələstinin işğal olunmuş  ərazisinə atılan raketlərə cavab olaraq həyata keçirilib. 
 
İşğalçı rejimin mühasirədə saxladığı Qəzza zolağında Həmasın mövqelərini bombaladığını iddia edir.
 
Fələstin xəbər qaynaqları sionist rejim qırıcılarının hücumu nəticəsində dinc sakinlərin evlərinə ziyan dəydiyini açıqlayıb, xəsarət alan olmayıb.  
 
 

 

Google+ WhatsApp ok.ru