İşğalçı İsrail rejim qüvvələri daha 19  Fələstinlini saxladı

İşğalçı İsrail rejim qüvvələri daha 19 Fələstinlini saxladı

İşğalçı İsrail qüvvələri ötən  gecə radələrində İordan çayının qərb sahillərində müxtəlif hədəflərə təşkil edilən basqınlar nəticəsində 19 Fələstinli tutub. 
 
Maide.Az "Aanadolu" agentliyinə istinadla xəbər verir ki, bölgədəki həbsxanalara köçürülən 19 Fələstinli “terror hadisələrinə iştirakda” ittiham edilirlər.
 
Qeyd edək ki, İsrail qüvvələri İşğal altındakı İordan çayının qərb sahili və Qüdsdəki evlərə tez-tez basqın təşkil edərək müxtəlif bəhanələrlə Fələstinliləri həbs edir. Saxlanılanlar arasında qadın və uşaqlar da var və onlar heç bir səbəb göstərilmədən günlərlə  həbsdə saxlanılır. 
 
Fələstin rəsmilərinin açıqlamasına görə, Fələstin rəsmi qaynaqlarına görə, İsrail həbsxanalarında 500-ə yaxını idari məhkum, 230-u uşaq olmaqla 5 mindən çox fələstinli var.
 
İşğalçı rejim “idari məhkumiyyət” adlandırdığı bu tətbiqlə fələstinliləri 1-6 ay müddətində həbsdə saxlayır. Məhkumun “İsrailin əmin-amanlığı üçün təhlükə təşkil etdiyinə” qərar verilməsi halında isə hərbi hakim cinayət ittihamını irəli belə sürmədən həbs müddətini 5 ilədək uzada bilir.
 
 

Google+ WhatsApp ok.ru