Ağılsız və təhlükəli Selfilərə görə bu ölkədə həyacan təbli çalındı

Ağılsız və təhlükəli Selfilərə görə bu ölkədə həyacan təbli çalındı

Xorvatiyanın dağ xilasetmə xidməti  "ağılsız və təhlükəli Selfi"lərə son qoymağa çağırıb.
 
Maide.Az xarici KİV-lərə istinadən xəbər verir ki, bu çağırışa səbəb Kanadalı turistin 75-metirlik qayadan yıxılması olub. 
 
"Düzdü, xoşbəxtlikdən turist ölməyib, amma o çox ciddi xəsarətlər alıb. Onun sağ qalmasına səbəb isə, ağacların budaqları olub.",-deyə mənbə bildirir.
 
 "Hörmətli turistlər, biz sizi hörmət edirik. Artıq özünüzə hörmət etmək zamanı gəldi. Bəsdirin, axmaq və təhlükəli Selfilər çəkdirdiniz."-deyə Xorvatiyanın dağ xilasetmə xidməti Twitterdə xidməti bildirib.
 
 
Ötən il Slovakiyalı turist eyni yerdə şəkil çəkdirmək istəyərkən, qayadan düşərək, dünyasını dəyişib. 
 
Qeyd edək ki, turizm Xorvatiyada iqtisadiyyatın əsas sektorlarından biri kimi hesab edilir. Ötən il bu ölkəni 4,2 milyon nəfər ziyarət edib. /

Google+ WhatsApp ok.ru