Altı ərəb ölkəsinin FİFA-nı DÇ-2022-ni Qətərdə keçirməməyə çağırması xəbəri saxta çıxıb 17 İyul 2017 01:00 Dünya Altı ərəb ölkəsinin FİFA-nı DÇ-2022-ni Qətərdə keçirməməyə çağırması xəbəri saxta çıxıb. Bu barədə İsveçrənin “The Local” nəşrinin təsisçisi Ceyms Sevec bildirib. “Saytımızda belə bir xəbər yayımlanmayıb. Araşdırmalarımız xəbərin “The Local"-a oxşar saxta saytda yerləşdirildiyini üzə çıxarıb”, C.Sevec qeyd edib. Bu gün Reuters agentliyi “The Local”-a istinadən xəbər verib ki, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Mavritaniya və Liviya FİFA-ya məktub göndərərək DÇ-2022-ni Qətərdə keçirməməyə çağırıb. “Terrorçuların bazası olan Qətər azarkeşlərin təhlükəsizliyini təmin edə bilməz”, məktubda vurğulanıb. Öz növbəsində, FİFA-dan bildiriblər ki, qurumun ünvanına adıçəkilən məzmunda məktub daxil olmayıb. (apa) / Teqlər : #Altı ərəb ölkəsinin FİFAnı DÇ2022ni Qətərdə keçirməməyə çağırması xəbəri saxta çıxıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Beyrut sərgisində 18-ci əsrə aid Quran nüsxəsi Qətif əyalətinin bəzi yerlərində Ali-Səud rejim qüvvələrinin hücum təhlükəsinə görə cümə namazı ləğv olunub
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO