Alİ təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı başa çatıb 28 Fevral 2021 21:20 Ölkə Dövlət İmtahan Mərkəzi (DİM) bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirib. DİM-dən "Report"a verilən məlumata görə, magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 81 imtahan binasında aparılıb. Məlumat üçün qeyd edək ki, imtahanda iştirak üçün 19 885 bakalavr ərizə təqdim edib. İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 3 saat davam edib. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, bakalavrların öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. COVID-19 infeksiyası ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub. İmtahan iştirakçılarının bədən hərarətləri normaya uyğun olub. İlkin məlumatlara əsasən 1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. Martın 1-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın 2-3 gün ərzində elan edilməsi nəzərdə tutulur. İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 5 mart 2021-ci il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apelyasiya prosesi təşkil ediləcək. Apelyasiya komissiyasına müraciət etmək istəyənlər 3-4 mart tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər. Bir bakalavrın ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır. Teqlər : # Alİ,#təhsil,#müəssisələrinin,#magistraturalarına,#qəbul,#imtahanı,#başa,#çatıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Fevralın 27-də gözlənilən hava şəraiti açıqlanıb - XƏBƏRDARLIQ Bu gündən Azərbaycan vətəndaşları Gürcüstana yeni qaydalarla səfər edə biləcək Ölkə Şənbə gününün havası açıqlandı Cəriməsi olan avtomobillərin Rusiyadan Azərbaycana girişinə icazə verilməyəcək Bu gün 18 mindən çox şagird buraxılış imtahanı verəcək Bakıda bir neçə marşrutun hərəkət qrafiki dəyişdirildi Aprelin 16-da gözlənilən hava şəraiti Bəzi ərazilərdə müvəqqəti qaz olmayacaq DİM bu gün 8 124 şagird üçün buraxılış imtahanı keçirir Sabahın hava proqnozu Bakıda daha bir yerdə yol hərəkətinin təşkilində dəyişikliklər edilib Bu il Azərbaycanda diplomları tanınmayan xarici universitetlərin adları açıqlanıb Sabaha gözlənilən hava şəraiti açıqlanıb DİM bu tarixlərdə 25 şəhər və rayonda buraxılış imtahanı keçirəcək Bu gündən MİQ-in müsahibə mərhələsi üçün sənəd qəbuluna başlanılır Bakının məşhur prospekti 8 Noyabr adlandırılır Buraxılış imtahanı verəcək şagirdlərin NƏZƏRİNƏ! Sabaha gözlənilən hava şəraiti açıqlanıb Azərbaycanda yararsız pul nişanlarını qəbul edəcək ofislər yaradılıb Elektrik şəbəkəsinə 20 gün ərzində qoşulmaq mümkün olacaq Uşaqları qohumlarının övladlığa götürməsi proseduru asanlaşdırıldı Şənbə gününün havası açıqlandı Sabahdan güclü külək əsəcək, intensiv yağış yağacaq - XƏBƏRDARLIQ Sabahdan güclü külək əsəcək, intensiv yağış yağacaq - XƏBƏRDARLIQ Sabahın hava proqnozu açıqlandı Bunu etməyənlər 300 manatadək CƏRİMƏLƏNƏCƏK Azərbaycanda aprelin 8-nə gözlənilən hava şəraiti açıqlanıb Bakı metrosunda QR ödəniş sistemi tətbiq olunacaq Sabahın hava proqnozu - Xəbərdarlıq ETSN: Havada toz dumanı müşahidə olunur DYP-dən XƏBƏRDARLIQ Bayramlarla əlaqədar may ayında 4 gün iş olmayacaq Aprelin 6-da gözlənilən hava şəraiti açıqlanıb - XƏBƏRDARLIQ Aprelin 15-dən Azərbaycanda 11 illik baza üzrə buraxılış imtahanları başlayır Sabah Bakının bəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq Elektrik qatarları iki gün işləməyəcək İşə qəbul zamanı BU SƏNƏD tələb edilməyəcək Şənbə gününün havası açıqlandı BNA 7 küçə və prospektdə avtobus zolaqlarının təşkilini yekunlaşdırdı Magistratura səviyyəsi üzrə yeni ixtisaslar yaradılır - QƏRAR Bakı, Sumqayıt, Şəki, Gəncə və Abşeronda məktəblər bağlanır Aprelin 2-də gözlənilən hava şəraiti açıqlanıb - XƏBƏRDARLIQ İçməli su azalır - Alimdən əhaliyə XƏBƏRDARLIQ Ölkə ərazisində aprel ayına olan hava proqnozu açıqlanıb