'Alternativ olmadan hökumətin buraxılması mümkün deyil' - İraq Baş naziri

'Alternativ olmadan hökumətin buraxılması mümkün deyil' - İraq Baş naziri

İraqın Baş naziri Adil Abdulmehdi ölkədə davam edən kütləvi aksiyalar və etirazçıların tələbi ilə bağlı danışıb.

Maide.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, o, hökumətin buraxılması üçün aksiya keçirən etirazçıların tələblərinin qanuni olduğunu, lakin hökumətin istefaya gedəcəyi təqdirdə problemlərin daha da dərinləşəcəyini söyləyib.

A.Abdulmehdi sürətli və çevik alternativ olmadan hökumətin buraxılmasının mümkün olmadığını bildirib:

“Hökumətin istefası ölkədə ciddi boşluqların yaranmasına səbəb ola bilər. Keçid hökumətin səlahiyyətlərinin məhdud olması səbəbindən büdcə təsdiqləmək və reformasiyalar həyata keçirmək mümkün olmaz. Siyasi partiyalar alternativ şəxs üçün razılaşma əldə edərlərsə, vəzifəmi dərhal tərk etməyə hazıram”.

Baş nazir sözlərinə əlavə edib ki, etirazçıların çağırışlarına qanuni çərçivədə cavab veriləcək.

Google+ WhatsApp ok.ru