Altı hacətə çatmaq üçün altı əməl

Altı hacətə çatmaq üçün altı əməl

İmam Əmirəlmöminin Əlidən (ə) nəql olunur ki, bir gün bir kişi Peyğəmbəri-Əkrəmin (s) hüzuruna gəlib dedi: “Ya Rəsuləllah, mənə bir əməl öyrədin ki, onu yerinə yetirdikdə, həm Allah-Taala, həm də insanlar məni sevsin, Allah-Taala malımı artırsın, canıma sağlıq bəxş etsin, ömrümü uzatsın və məni (qiyamət günü) sizinlə məhşur etsin!”

Peyğəmbəri-Əkrəm (s) buyurdu: “Sən altı hacət istədin ki, onları əldə etmək üçün altı əməlin yerinə yetirilməsinə ehtiyac vardır:

– Əgər istəyirsənsə, Allah-Taala səni sevsin, Ondan qorx və təqvalı ol;

– Əgər istəyirsənsə, insanlar səni sevsin, onlara yaxşılıq et və onların malına göz dikmə;

– Əgər istəyirsənsə, Allah-Taala sənin malını artırsın, malının zəkatını ödə;

– Əgər istəyirsənsə, Allah-Taala sənin canına sağlıq versin, çoxlu sədəqə ver;

– Əgər istəyirsənsə, Allah-Taala sənin ömrünü uzatsın, yaxınlarınla əlaqələrini möhkəmlət;

– Əgər istəyirsənsə, Allah-Taala səni mənimlə məhşur etsin, yeganə və böyük Allahın dərgahında səcdələrini artır.” (“Biharul-ənvar”, c.85, səh.168.)

Maide.az – Maarif bölümü

Google+ WhatsApp ok.ru