Alzheimer xəstəliyinin yayılmasında əsas şübhəli ağızımızdır

Alzheimer xəstəliyinin yayılmasında əsas şübhəli ağızımızdır

Alzheimerin əslində yoluxucu bir xəstəlik olduğuna dair bir çox araşdırma var. Son araşdırmada isə, xəstəliyin səbəbi ola biləcək bir bakteriya tapıldı.
 
Alzheimer xəstəliyinin bir növ infeksiya olduğunu iddia edən bir çox araşdırma var. İnfeksiyanın altında yatan səbəbləri və infeksiyaya səbəb olan faktorları hələ təhlil edə bilməyən alimlər bu mövzuda əhəmiyyətli bir addım atdı.
 
Araşdırmaçıların əldə etdikləri nəticələrə görə Alzheimerdən məsul olan bakteriya, saqqız xəstəliyi olaraq tanınan xəstəlikdə də müşahidə edilir.
 
Luisvil Universitetinin mikrobioloqu Jan Potempanın rəhbərliyi altında aparılan araşdırmada, saqqız xəstəliyinə səbəb olan Porfiromonas gingivalis patogeninin, vəfat edən Alzheimer xəstələrinin zehinində tapıldığı açıqlandı.
 
Siçanlara ağız yolu ilə patogen verildiyində, siçanların beynində Alzheimer ilə əlaqələndirilən amiloid beta adlı yapışqan maddənin meydana gəldiyi müşahidə edildi. Yenə də araşdırmanın alimlərindən Stiven Domini deyib ki, Alzheimer xəstəliyinin səbəbini qəti olaraq təyin edə bilmirlər.
 
Patogenin yalnız Alzheimer xəstələrində deyil, Alzheimer riski daşıyan amma heç xəstəlik diaqnozu qoyulmamış insanlarda da müşahidə edildiyi məlum oldu. Bu vəziyyət, beynin yaşlılıqdan ötəri funksiyalarını itirməyə başlamasından çox daha əvvəl Alzheimer olan kəslərin vəziyyətini açıqlayır.
 
Araşdırma, Science Advances jurnalında nümayiş olundu.  /deyerler.org /
 

Google+ WhatsApp ok.ru