Və o gündən qorxun ki, heç kəs başqasının haqqını ödəyə, bir diləyi yerinə yetirə və bir əzabı dəf edə bilməyəcək və heç kimin şəfaəti qəbul olunmayacaq, nə kimdənsə (əzabdan qurtulmaq üçün) bir əvəz alınacaq və nə də onlara bir kömək göstəriləcəkdir. (Bəqərə surəsi, 48)

Həzrət Əli (ə) buyurur:
“Axirəti üçün sədəqə verməyənlərə dünyanın heç bir faydası yoxdur.”



AMAN O GÜNÜN HƏSRƏTİNDƏN!!!

Tarix : 19-06-2017 08:56

“Yəvmul-həsrət” – “Həsrət günü” qiyamətin adlarından biridir. Yəni insan qiyamət günü “Nə üçün fılan işi yerinə yetirdim? Nə üçün fılan işi yerinə yetirmədim? Kaş ki, bu işi yerinə yetirərdim! Kaş ki, o işi yerinə yetirməzdim!” – deyə təəssüflənəcək, həsrət çəkəcək. Bir sözlə, həmin gün, hey özünü qınayacaq, danlayacaq, əməllərini çək-şevir edəcək və həsrətlə barmağını çeynəyəcək...

O zaman namazı ilk vaxtda qılmağın dəyər və qiymətini gördükdə təəssüflənəcək: “Axı nə üçün namazlarını vaxtında qılmadı!?”

Mübarək Ramazan ayının vacib orucunu və digər müstəhəb oruclara veriləcək savabın nə qədər böyük və dəyərli olduğunu gördükdə, “Nə üçün o isti günlərdə oruc tutmadım və yalan bəhanələrlə başqasını deyil, yalnız özümü aldatdım, üzrsüz yerə orucu yedim?!” – deyə həsrətlə başını aşağı dikəcək!

Ata-anaya ehtiramın qiymətini müşahidə etdikdə qüssələnəcək və öz-özünə “Necə də rahatlıqla ata-anaya ehtiram və qayğı sayəsində bu günə çoxlu ehtiyat toplaya bilərdim, amma...!” – deyə özünü qınayacaq.

O zaman əməl dəftərinə bir nəzər yetirəcək, dili ilə yerinə yetirdiyi nə qədər günahların yazıldığını müşahidə etdikdə, qəm-qüssəsi daha da atracaq, təəssüflənəcək!

Halal malın qiymətini müşahidə etdikdə, həsrətindən boğulacaq: “Axı nə üçün dünyada zikrim-fikrim var-dövlət toplamaq oldu! Nə üçün halallar haqda düşünmədim?!”

Qurani-Kərimdə zülmkar zümrələrin həsrəti belə təsvir olunur:

وَ یَوْمَ یَعَضُّ الظَّالِمُ عَلَى یَدَیْهِ یَقُولُ یَا لَیْتَنِی اتَّخَذْتُ مَعَ الرَّسُولِ سَبِیلًا

O gün zalım (küfrə düşməklə özünə zülm edən peşmançılıqdan) əllərini çeynəyib deyəcəkdir: “Kaş ki, mən Peyğəmbər vasitəsilə (özümə) doğru bir yol tutardım!” (“Furqan” surəsi, ayə 27.)

یَا وَیْلَتَى لَیْتَنِی لَمْ أَتَّخِذْ فُلَانًا خَلِیلًا

Vay halıma! Kaş fılankəsi özümə dost etməyəydim!” (“Furqan” surəsi, ayə 28.)

لَقَدْ أَضَلَّنِی عَنِ الذِّكْرِ بَعْدَ إِذْ جَاءنِی وَ كَانَ الشَّیْطَانُ لِلْإِنسَانِ خَذُولًا

“And olsun ki, Quran mənə gəldikdən sonra məni ondan (Qurana iman gətirməkdən) o sapdırdı. Şeytan insanı (yoldan çıxartdıqdan, bəlaya saldıqdan sonra) yalqız buraxar (zəlil, rüsvay edər).” (“Furqan” surəsi, ayə 29.)

Əfusus, yüz əfsus ki, o günün həsrəti bir fayda verməyəcək! Arıtq, insan o gün qalaq-qalaq sorğulara cavab vermək, əməllərinin hesab-kitabını vermək məcburiyyətində qalacaq, pis əməllərinə və günahlarına görə ilahi qəzəb və əzabla üzləşməli olacaq. Qurani-Kərimin “Zumər” surəsinin 56-cı ayəsində insanın qiyamət günü “Vay halıma!” – deyərək həsrət çəkəcəyi an belə vəsf olunur:

أَن تَقُولَ نَفْسٌ يَا حَسْرَتَى علَى مَا فَرَّطتُ فِي جَنبِ اللَّهِ وَإِن كُنتُ لَمِنَ السَّاخِرِينَ

(Elə edin ki, sonradan) bir kəs: “Allaha itaət barəsində etdiyim təqsirlərə görə vay halıma! Həqiqətən, mən (Allahın hökmlərinə, Qurana, Peyğəmbərə və möminlərə) istehza edənlərdən idim!” – deməsin.” (“Zumər” surəsi, ayə 56.)

Mehriban və bağışlayan Allahdan istəyək ki, qiyamətin sorğu-sualı və hesab-kitabından öncə bizə öz əməllərimizin mühasibəsinə yetişmək tofiqatını əta etsin ki, qiyamət günü həsrət çəkəkənlər zümrəsindən olmayaq!

Rza Şükürlü (maide.az)

 



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
05:37
06:57
12:25
18:07
23:45
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.