Şamaxıda ağır qəza: 1 ölü, 4 yaralı

Şamaxıda ağır qəza: 1 ölü, 4 yaralı

Şamaxı rayonunun Padarçöl kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
 
Maide.Az bildirir ki, DİN-dən  verilən məlumata görə, dekabrın 18-də saat 21 radələrində Şamaxı rayonunun Padarçöl kəndi ərazisində şəhər sakini Durasan Əsgərovun idarə etdiyi və Pirbəhli kənd sakini Ulduzxan Səmədovun idarə etdikləri “VAZ-2121” markalı 2 avtomobil toqquşub.
 
Nəticədə U.Səmədovun sərnişinlərindən, arvadı Solmaz hadisə yerində ölüb, özü və digər sərnişini - qızı Mixək, habelə D.Əsgərov və 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.
 
Şamaxı RPŞ tərəfindən araşdırma aparılır.
 

Google+ WhatsApp ok.ru