Şamaxıda etiraz aksiyasında həbs edilənlər azadlığa buraxılıb

Deputatlığa iddiaçıların tərəfdarları aksiya keçiriblər; namizədin qardaşı saxlanılıb və 50 manat cərimələnib

1 noyabrdakı parlament seçkiləri ilə bağlı yaranan söz-söhbətlər səngimək bilmir. Əksər dairələrdə qanun pozuntuları ilə bağlı çoxlu sayda iddialar var. Narazılıq olan əsas dairələrdən biri 85 saylı Şamaxı seçki dairəsidir.
 
Rayon sakinləri deputat Elxan Süleymanovun yenidən qalib olmasına öz etirazlarını bildirirlər. İş o yerə çatıb ki, deputatlığa namizədlərin tərəfdarları nəticələrə etiraz olaraq aksiya keçiriblər. Aksiyada 5 nəfərin saxlanıldığı barədə xəbərlər yayılıb. Lakin Şamaxı Rayon Polis İdarəsindən bir nəfərin saxlanıldığı, barəsində inzibati qaydada protokol tərtib edildiyi və sərbəst buraxıldığı bildirilib.
 
Müsavatın Şamaxı təşkilatının sədri Yasəf Ağazadə yayılan xəbərləri təsdiqlədi: "Seçkinin gedişatından iki gənc namizəd narazı idi. Əsas narazılığa səbəb odur ki, seçkidə 10-15% seçici ancaq iştirak edib. Lakin 50%-dən yuxarı yazıblar. Biabırçı vəziyyətdə seçki keçirilib. Bir neçə etirazçı saxlanılıb. Aksiyada əsas deputatlığa namizədlərin nümayəndələri iştirak ediblər. Seçkinin nəticələrinin ləğv edilməsini tələb ediblər. Seçki əvvəlki deputat Elxan Süleymanovun diktəsi ilə keçib. Tərəfdarları aksiya keçirən deputatlığa namizədlərdən biri Vəfalı Fətəliyevlə görüşdüm. O, bildirdi ki, kütləvi narazılıq olub. Nəticədə Şəhriyar adlı deputatlığa namizədin atasını və qardaşını saxlayıblar. Qardaşını 50 manat cərimələyərək azad ediblər. Hazırda saxlanılanlardan hamısı azadlıqdadır". musavat 

Google+ WhatsApp ok.ru