Şamaxıda kran aşdı - Xəsarət alanlar var

Şamaxıda kran aşdı - Xəsarət alanlar var

Şamaxı rayonunda 3 nəfər bədbəxt hadisə zamanı ağır xəsarət alıb.
 
Maide.az xəbər verir ki, hadisə bu gün Şamaxı şəhərində qeydə alınıb. Bina inşası zamanı qaldırıcı kranın aşması nəticəsində orada çalışan usta və fəhlələrdən 3 nəfər-Şamaxı rayonu Quşçu kənd sakini, 1995-ci il təvəllüdlü Heybətov Surət İslam oğlu və Şamaxı şəhər sakinləri, 1998-ci il təvəllüdlü İsgəndərov Zaur Qüdrət oğlu, 1959-cu il təvəllüdlü Fərəcov Sərdar Şahmar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
 
Onlardan birinin vəziyyəti ağır olduğuna görə müalicə üçün Bakıya göndərilib (apa).

Google+ WhatsApp ok.ru